Sumqayıtda yeniyetmə qız itkin düşüb. Bu barədə Report 4 yanvar tarixində xəbər verib.
Ötən gün 16 yaşlı şəhər sakini Zəhra Məmmədova birləşmiş məhəllədə (7-8-12-ci məhəllə) yaşadığı evdən heç bir söz demədən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.