Sumqayıt şəhərində narkotik aludəçisi özünə xəsarət yetirib. Bu barədə 20 dekabr tarixində APA məlumat verib.
Dekabrın 19-u saat 15 radələrində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 28 yaşlı İbrahimov Kənan Ağamir oğlu şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.
O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o, saat 20 radələrində xəstəxanada ölüb.