Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Meyit Ceyranbatan bağları ərazisində aşkarlanıb.
48 yaşlı Abdullayev Rüfət Sovet oğluna məxsus meyit aidiyyəti üzrə təhvil verilib.
Onun öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.