Sumqayıtda 46 yaşlı kişi özünə bıçaqla xəsarət yetirərək intihar edib. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
Hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
1978-ci il təvəllüdlü Yaşar İbrahim oğlu Kərimov yaşadığı fərdi evdə bıçaqla özünə xəsarətlər yetirib. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.