Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb. Bu barədə 18 yanvar tarixində Report məlumat verib.
Hadisə Hacı Zeynalabdin qəsəbəsindəki tikinti şirkətində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.