Sumqayıtda kişi evdən çıxıb və geri qayıtmayıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 8 fevral tarixində məlumat verir.
Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək 1976-cı il təvəllüdlü qardaşı Abdullayev Rüfət Sovet oğlunun “BTZ bağları” ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
İtkin düşən şəxsin boyu 168 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Rüfət Abdullayevin sağ və sol əlinin üzərində “Rəvan” və “Sərvan” yazılan döymə var. İtkin düşən zaman onun əynində boz rəngli cins şalvar, qəhvəyi rəngdə gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında papaq olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə 077-591-21-21 və 018-655-76-65 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.