Sumqayıtda 5 mərtəbəli binada yanğın baş verib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 p.m elektrik kabeli və 1 ədəd su sayğacı yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.