“Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bu barədə İnsanoid mobil operator şəbəkəsinin mətbuat xidmətinə istinadən bu gün, 17 may tarixində xəbər verir.
“Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub.
Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, 34 ünvanında yerləşən “Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.
İlk dəfə 5G şəbəkəsinə qoşulan “Nar” abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.