Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report 1 dekabr tarixində xəbər verib.
Hadisə Sahil küçəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçən 43 yaşlı Abşeron rayonu Saray qəsəbə sakini Samir Nüsrət oğlu Əsədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.