Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 2 dekabr tarixində Report məlumat verib.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb.
Belə ki, “Qaz 31” markalı avtomobil yolu keçmək istəyən 1951-ci il təvəllüdlü piyada Minayə Bəhməndər qızı Hümbətovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.