Sumqayıtda avtomobil aşıb. Bu barədə 26 dekabr tarixində APA məlumat verib.
Hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
İdarəetmədən çıxan “KİA” markalı avtomobil işıq dirəyinə çarpılıb və aşıb. Nəticədə avtomobil və işıq dirəyi yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, sürücü qarşısına çıxan avtomobili vurmamaq üçün manevr edən zaman maşın aşıb.
Hadisənin səbəbləri araşdırılır.
[playlist type="video" tracklist="false" ids="156729"]