Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 27 aprel tarixində xəbər verib.
Şəhərin Azərbaycan prospektində “Toyota Prius" markalı avtomobil şəxsiyyəti məlum olmayan orta yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ölən şəxsin tüfeyli həyat keçirdiyi bildirilir.