Sumqayıtda yol qəzası ölümlə nəticələnib. Bu barədə Report 1 fevral tarixində məlumat verib.
Ötən gün Sumqayıt şəhəri ərazisində 41 yaşlı Anar Rəsulov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada, 58 yaşlı Eyvazova Aqibət Ağasəlim qızını vurub.
Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.