Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 29 dekabr tarixində xəbər verib.
Şəhərin Babək küçəsində Sumqayıt şəhər sakinləri - 57 yaşlı Knyaz Camalovun idarə etdiyi "Opel" markalı avtomobillə 26 yaşlı Allahverdi Bağırovun idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.