Sumqayıtda yanğın hadisələri baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Sumqayıt şəhərində ümumi sahəsi 150 kv.m olan və bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mağaza və avtomobil yuma məntəqəsi) sahəsi 20 kv.m olan mağazanın içərisində 3 ədəd vitrin soyuducusu, lambirdən ibarət tavanı 15 kv.m sahədə və divar üzlüyü 10 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib
Mağazanın qalan hissəsi və avtomobil yuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Bundan başqa, Şəmkir rayonunun Zəyəm qəsəbəsində ümumi sahəsi 15 kv.m olan ət satışı mağazasının yanar konstruksiyaları yanıb.
Yanğın söndürülüb.
Yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunub.