Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 4 yanvar tarixində xəbər verib.
Sumqayıt polisi tərəfindən bir nəfərin bank kartından hesabındakı 396 manat pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Əliyarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.