Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Onlar Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
66 yaşlı Sabir Kazımov dünyasını dəyişib.
66 yaşlı Müxlisə Kazımova, 25 yaşlı İlahə Kazımova, 4 yaşlı Aleyna Kazımova və 2 yaşlı Anuro Kazımovanın hazırda müalicələri davam edir.