Sumqayıt polisi "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 28 avqust tarixində məlumat verir.
Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.
Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
“Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 40 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.
Həmçinin Sumqayıt şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri profilaktik tədbirlər zamanı 48.284 protokol tərtib edilib. O cümlədən avtomobili sərxoş vəziyyətdə idarə edən 370, narkotikin təsiri altında sükan arxasında əyləşən 128, sürücülük hüququ olmayan 110, avtoxuliqanlıq edən 5, polisin qanuni saxla əmrinə tabe olmayan 23, yük və sərnişindaşıma qaydalarını pozan 202, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində 25.139 inzibati protokol tərtib edilib.