Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb. Bu barədə 23 may tarixində Report məlumat verib.
Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.