Sumqayıtda dənizdə bir nəfər batıb. Bu barədə 11 avqust tarixində Sumqayıt24.az məlumat yayıb.
Hadisə Corat qəsəbəsindəki nəzarətsiz ərazidə qeydə alınıb. 32 yaşlı Tural Əliyev dənizdə çimərkən boğulub.
Onun cəsədi Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
View this post on Instagram