Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb. Bu barədə 31 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 26-sı saat 18:30 radələrində Bakı-Quba yolunun şəhər ərazisində yerləşən zavodlarının birinin qarşısında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rzalı Toğrul Şahin oğlu idarə etdiyi "Audi A3" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın dərəyə aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. Oktyabrın 30-da Toğrul Rzalı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.