Sumqayıt şəhəri Koroğlu prospektinin 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb. Bu barədə 9 noyabr tarixində Report məlumat verib.
Dünyasını dəyişən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürək tutmasından öldüyü qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.