Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində partlayış olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Hadisə zamanı 18 yaşlı şəhər sakini Əlizadə İsmayıl Zabit oğlu termik yanıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.