26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində hərbi qulluqçuların yürüşü və orkestrin nümunəvi çıxışları təşkil olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Yürüşə Heydər Əliyev Mərkəzinin qarşısından start verilib və Sumqayıt Dənizkənarı Bulvarında Bayraq meydanınadək davam edib.
Bildirək ki, Sumqayıt şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilir.