Sumqayıtda itləri kütləvi şəkildə zəhərləyiblər. Bu barədə İnsanoid Sumqayıt24-ə istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Şəxsiyyəti məlum olmayan şəxslər kütləvi şəkildə hətta birkalanmış itlərə də siçan dərmanı veriblər. İtlərin bəzilərinin həyatını heyvansevərlər tərəfindən xilas etmək mümkün olub.
Onlar özləri bir sığınacaq açıb mümkün qədər itləri ora yerləşdirərək qorumağa çalışırlar.
![]()