Sumqayıtda silah-sursat aşkarlanıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Hadisə “Yaşma bağları” adlanan yaşayış massivində yerləşən "Dalğa" bağçılıq ərazisində baş verib.
Sumqayıt polisi istifadəyə yararlı "Kalaşnikov" markalı avtomat, 2 ədəd sandıq və 57 ədəd güllə aşkar edib.