Sumqayıtda 68 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 18 yanvar tarixində APA məlumat verib.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1956-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Andreyev Viktor Petroviçin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin yaxınlığında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.