Sumqayıtda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 15 yanvar tarixində APA məlumat verib.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
1962-ci il təvəllüdlü Rəşad Kərim oğlu Kərimlinin meyiti yaşadığı mənzildə tapılıb. Məlumata görə, R. Kərimli tək yaşayırmış. Meyiti mərhumun yaxınları aşkar ediblər. Ölümün dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.