Videonun Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən məşq prosesindən çəkildiyi iddia olunur. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 2 may tarixində xəbər verir.
Azərbaycan Cüdo Federasiyası 7 yaşlı uşağı öldürməkdə şübhəli bilinən müəllim Mehman Xəlilovla bağlı açıqlama yayıb.
ACF-dən verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.
Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: "Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib".
Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdurlar.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/05/14.mp4"][/video]