Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 27 may tarixində xəbər verir.
Şəhərin Səməd Vurğun küçəsində 38 yaşlı Sumqayıt sakini Zamil Məstəliyevin idarə etdiyi "Chevrolet" markalı avtomobil 41 yaşlı piyada Nazim Beyzadini vurub.
Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.