İyulun 22- də Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanada ölüb. Bu barədə 26 iyul tarixində APA məlumat verib.
Dünyasını dəyişən şəxs 2010-cu il təvəllüdlü şəhər sakini Kənan Natiq oğlu Novruzovdur. Kənan Sumqayıtda "Lada Priora” markalı avtomobilin onu vurması zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.