Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 3 517 nəfərdir. Bu barədə 9 yanvar tarixində Report Sumqayıt şəhər Narkoloji Dispanserinə istinadən məlumat verib.
Məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 6 452 nəfərdir. Narkotik istifadəçilərinin sayı isə 3 517 nəfər təşkil edir. Onlardan 114 nəfəri qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 942 nəfərdir. Onların 22-si zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.