Sumqayıtda qızıl mağazasından oğurluq olub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 18 yanvar tarixində xəbər verir.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 10-cu mikrorayon ərazisində yerləşən qızıl mağazalarının birindən 420 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.