Sumqayıtda açıq sahədə yanğın olub. Bu barədə APA 12 fevral tarixində xəbər verib.
Hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində qeydə alınıb. 500 kv.metr sahədə kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğın söndürülüb.
Hadisənin səbəbi araşdırılır.