Sumqayıt şəhərindən keçən "Acıdərə" kanalında antisanitar vəziyyət yaranıb. Bu barədə Report 23 avqust tarixində xəbər verib.
"Yaşıl dərə" yaşayış massivinin sakinlərinin sözlərinə görə, kanaldan axan çirkləndirilmiş su və uzun müddət burada yığılmış tullantılar səbəbindən ərazini üfunət bürüyüb.
Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda isə buranın bataqlığa çevrildiyini bildiriblər:
Uzun illərdir mövcud problemlə üzləşən sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, praktiki olaraq, heç bir tədbirin görülmədiyini söyləyiblər. Onların sözlərinə görə, hər dəfə müraciətdən sonra aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və gediblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, "Acıdərə" kanalının şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb.
Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib.
Bu istiqamətdə işlərin davam etdirilməsi, yəni açıq qalan hissələrin də boruya salınması nəzərdə tutulub.
[caption id="attachment_126803" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]