Sumqayıtda yataqxanada yanğın olub. Bu barədə 7 noyabr tarixində APA məlumat verib.
Hadisə şəhərin 29-cu məhəlləsindəki 1 saylı yataqxanada olub. Belə ki, yataqxananın 3-cü mərtəbəsində pilləkən qəfəsində qısaqapanma baş verib və nəticədə orada olan sayğaclar yanıb.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.