Sumqayıtın Çerkassı küçəsində avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 may tarixində xəbər verir.
12-ci mikrorayon sakini, 17 yaşlı Ceyhun Cavadovu "VAZ-2107" markalı avtomobil vurub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisəni törədən sürücü qəza yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.