Sumqayıt şəhərində 18 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu barədə Report 2 may tarixində xəbər verib.
Şəhər ərazisində yolu keçməyə çalışan 18 yaşlı Nahid Novruzəliyevi avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.