Sumqayıtda “Toyota Prius”, “Mercedes” və “ Nissan” markalı avtomobillər toqquşub. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="157139,157140,157141"]