Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb. Bu barədə Report 5 iyul tarixində xəbər verib.
Roqojina təmsilçisinin saytına istinadən xəbər verilir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.
Təcrübəli oyunçunun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.
Vüsal İsgəndərlinin son klubu "Sumqayıt" olub.