Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə partlayış hadisəsi baş verib. Bu barədə İnsanoid Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən bu gün, 26 aprel tarixində məlumat verir.
26 aprel tarixində piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 33 yaşlı Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.
Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.