Sabiq baş nazir Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək. Bu barədə APA 1 avqust tarixində xəbər verib.
Cənazə sabah Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsindəki evinə aparılacaq, daha sonra ata-anasının qəbrinin yanında dəfn ediləcək.
Sabiq Baş nazir, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.
Surət Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.