Surət Hüseynov komaya düşüb. Bu barədə 31 iyul tarixində Oxu.az “Qaynarinfo”ya istinadən məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır.
Yaxınları Surət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
***
14:02
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov 64 yaşında vəfat edib. Bu barədə 31 iyul tarixində Bizim.Media məlumat yayıb.
Məlumatı onun yaxınları bildirib. Məlumata görə, Moskvadan İstanbula gedən Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC - Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.
Surət Hüseynov sonradan ömürlük həbs olunub. Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamı ilə azadlığa buraxılıb.