Bakının Suraxanı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.
Sərnişin avtobusu hərəkətdə olarkən qarşıda gedən minik avtomobilinə çarpılıb.
Hadisə zamanı minik avtomobilində olan 6 yaşlı Hacıyev Saleh Vahid oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.