Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb. Bu barədə 13 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Moped oğurluğu ilə məşğul olan paytaxt sakini Əli Abbasov saxlanılıb. Müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb.
Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətməsi istisna edilmir. Araşdırmalar davam etdirilir.
[gallery link="file" columns="2" size="full" ids="108904,108903"]