Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə 5 dekabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.