İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir. Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Şəhərdə 124 saylı Şuşa - Ağdam - Xocalı - Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1 222 seçici qeydiyyatdan keçib.
Səsverməni 13 nəfər yerli müşahidəçi izləyir.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə:
- hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc,
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev,
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa,
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev,
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.[gallery link="file" columns="1" size="full" ids="161440"]