Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 iyun tarixində xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.
İndiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_182319" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]