Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" keçiriləcək.
Bu barədə 26 yanvar tarixində Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımova istinadən məlumat verib.
Onun sözlərinə görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində "exit-poll" keçirəcək: "Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir".