Şuşa şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 may tarixində xəbər verir.
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Bu mərhələdə Şuşaya 32 ailə – 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.
Təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi iştirak edib.